İSTİQLAL NƏĞMƏKARI
XƏLİL RZA ULUTÜRK
1932-ci il oktyabr ayının 21-də Azərbaycanda Salyan
rayonunun Pirəbbə kəndində Rza kişinin ailəsində ilk körpə
dünyaya göz açdı. Gəlişi ilə ailəyə sevinc bəxş
edən uşağa babası Xəlil öz adını verdi.
Körpə qayğı və nəvazişlə böyüdü.
Onu yeddi yaşından məktəbə göndərdilər.
İki saylı Salyan şəhər orta məktəbində
təhsil aldığı ilk illərdən Xəlil öz çalışqanlığı,
fərasəti və davranışı
ilə müəllimlərin rəğbətini qazandı.
O, Salyan şəhər kitabxanasının
ədəbiyyat dərnəyinin üzvü
idi. 1939-1949-cu illərin məktəb həyatı Xəlilin
bədii ədəbiyyat aləminə, necə deyərlər,
poeziyanın əzablı, romantik
yaradıcıhq meydanına çıxması üçün
hazırhq dövrü oldu. Onun şifahi xalq ədəbiyyatını, klassik ve müasir
yazıçıların əsərlərini mütaliə
etməsi, istər-istəməz onda yazıb-yaratmağa güclü
həvəs oyatmışdı. Xəlil onu həyəcanlandıran,
düşündürən hadisələri
bəzən poetik dillə ifadə etməyə çalışırdı.
Onun ilk mətbu şeri "Kitab" 1948-ci
ildə "Azərbaycan pioneri" qəzetində dərc
olun-muşdur.
1949-cu ildə Xəlilin Azərbaycan Dövlət Uiver-sitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə
daxil olması, Bakı ədəbi mühiti onun yaradıcılıq
imkanlarına geniş yol açdı: universitetdə ədəbiy-yatşünas-alim Cəfər Xəndanın, sonralar
şair Bəxtiyar Vahabzadənin rəhbərlik etdiyi ədəbi dərnəkdə,
is-tərsə də Azərbaycan
Yazıçılar Birliyində xalq yazı-çısı
Mirzə İbrahimovun başçılığı ilə
keçirilən "Gənc-lər günü" məşğələlərində
fəal iştirak etməsi Xəlil Rzanın
şair kimi püxtələşməsinə ciddi təsir
göstərdi.
1954-cü ildə Azərbaycan Dövlət Universitetini
bitirən
Xəlil Rza əmək fəaliyyətinə "Azərbaycan
qadını" jurnalı redaksiyasında
başlamışdır. O burada ədəbi işçi
vəzifəsində çalışdığı iki ildə
(1955-1957) dövri mətbuatda çap etdirdiyi məqalə və
şerlərlə ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdir.
1954-cü ildə Xəlil Rza SSRİ
Yazıçılar ittifaqının üzvü seçilir.
Onun ilk şerlər
toplusu - "Bahar gəlir" (1957) kitabı da nəşr olunur. 1957-ci ilin avqust ayında Azərbaycan
Yazıçılar İttifaqı Xəlil Rzanı Moskvaya,
M.Qorki adına Dünya Ədəbiyyat İnstitutu nəzdində
olan ikiillik Ali
Ədəbiyyat kurslarına göndərməsi də gənc şairin gələcəyinə inamla bağlı
idi. Xəlil Rza Institutda rus ədəbiyyatının görkəmli sənətkarı
Pavel Antokolskinin rəhbərlik etdiyi bölmədə poeziyanın
nəzəri əsaslarını öyrənməklə yanaşı,
dünya xalq-larının
mədəni irsi ilə yaxından tanış olmuşdur.
Moskvada təhsil illərində görkəmli rus şairi Samuil
Marşakın evində və Yasnaya Polyanada dahi Lev Tolstoyun
xatirə muzeyində olması, Leninqrada Er-mitaj xəzinəsinə kollektiv səfəri,
Nazim Hikmət və Mixail Şoloxovla görüşləri gənc şairin
xatirəsində dərin izlər buraxmışdır.
1959-cu ildə Xəlil Rza Bakıya
qayıtdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun
aspirantu-rasında təhsilini davam etdirmişdir. O, 1963-cü ildə
"Müharibədən
sonrakı Azərbaycan sovet ədəbiy-yatında poema janrı
(1945-1950)" mövzusunda yazdığı
dissertasiyanı uğurla müdafiə etmiş, fılo-logiya
elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. Onu institutda müəllim
kimi sax-lamışlar. Tələbə
auditoriyasına müəllim kimi daxil olduğu gündən
Xəlil Rza dərs proqramı çərçivəsi ilə
məhdudlaşmamış, vətənpərvərlik ruhlu
mühazirə-lərində qədim milli bəşəri
dəyərlərimizdən və doğma dilimizdən ürək yanğısı
ilə söhbət açmışdır.
Xəlil Rza Azərbaycan dilinin
saflığı, əcnəbi dilin təsirinə məruz qalmaması üçün özünəməxsus
mübarizə yolu da seçmişdi.
Harada olursa-olsun doğma dilində təmiz
damşmayan müsahibindən eşitdiyi
hər yabançı kəlmə üçün 5 qəpik
cərimə tələb edər, "danışığından
məmnun qaldığı soydaşlarını bir manat məbləğində mükafatlandırardı".
Beləliklə, o, müasirlərinin diqqətini ana dilinin safhğını qorumağa
cəlb etməyə, digər tərəfdən
ruslaşdırma siyasətinə qarşı
mübarizə aparmağa çalışardı. Əlbəttə,
bütün bunlar dövlətin hakim dairələrinin nəzər-diqqətindən
yayınımr, çox çəkmir ki, onun ictimai-pedaqoji
fəaliyyəti məhdudlaşdırılır. "Bilik"
cəmiyyəti yolu ilə Azərbaycan
rayonlarına göndərilməsi qadağan olunur. Şair Sabir Rüstəmxanlı
yazır:
"Xəlil Rzanı başa
düşməyənlər çox idi. Onun cəsarətli vətəndaşlıq şerlərini dinləməkdən
belə qorxanların sayı min-min idi. O, kürsüyə qalxanda durub
salonu tərk edirdilər. Xəlilin antisovet, antiimperiya çıxışlarına
dəlilik kimi baxanlar, onun səsini kəsməyə çalışan, yüksək
kürsülərə yolunu bağlayan, onu kiçiltmək istəyənlər Xəlil
Rza iste-dadının Allah vergisi olduğunu, şairin Allah
hökmü ilə danışdığını dərk
edə bilmirdilər" (Bax: X.Rza. "Ömür kitabı"nı yazan şairə. Bakı,
1998, səh. 5.).
Xəlil Rza Azərbaycan Dövlət Pedaqoji İnsti-tutundan
uzaqlaşdırıhr. Onu Azərbaycan Elmlər Akademiyasının
Nizami adına Ədəbiyyat İnstitutuna dəvət edirlər. Burada Xəlil Rza bütün
qüvvəsini elmi-tədqiqat işinə və bədii
yaradıcılığa həsr edir. Azərbaycan-Özbək ədəbi
əlaqələri, Maqsud Şeyxza-dənin həyat və yaradıcılığı haqqında
monoqrafık əsərlər
üzərində çalışır. Buna baxmayaraq, Xəlil
Rza yenə də "şübhəli
şəxs" kimi təqib olunur, onun im-kanlarını məhdudlaşdırır,
"təhlükəli ictimai müba-rizə" yolundan çəkindirməyə çalışırlar.
1984-cü ildə şairin "Ömürdən uzun gecələr"
adlı kitabı və SSRİ xalqlarının
dillərindən tərcümə edilmiş poetik əsər-lərdən
ibarət "Qardaşhq çələngi" toplusu ictimaiyyət
tərəfindən Azərbaycan
SSR Dövlət mükafatına təqdim olunsa da, hakim dairələrin
etinasızlığı ilə qarşılandı. Bu soyuq münasibət onu sarsıtmadı.
Şairin ən böyük
vəzifəsini yazıb yaratmaqda görən Xəlil
Rza yorulmadan var qüvvəsi ilə çalışır;
yeni şerləri, elmi araşdırmaları
ilə təsəlli tapır. 1985-ci ildə "Maqsud Şeyxzadənin bədii yaradıcılığı
və Azərbaycan-Özbək ədəbi əlaqələrinin
aktual prob-lemləri" mövzusunda doktorluq dissertasiyası müda-fiə
edir. 1986-cı ildə Azərbaycan ədəbiyyatnın in-kişafındakı xidmətlərinə
görə ona əməkdar incə-sənət xadimi fəxri adı verilir.
80-ci illərin axırlarında
xalq azadlıq hərəkatı genişləndiyi
zaman Xəlil Rzanın gur səsi Azər-baycanın bütün
regionlarında eşidilirdi. O, bütün varlığı
ilə xalq hərəkatına qoşulmuşdu, hər yerdə
rus şovinist siyasətini,
Dağlıq Qarabağ torpağına təcavüz edən
erməni daşnaklarını odlu-alovlu çıxışları
ilə ifşa edirdi.
Biz Türküstan elləriyik,
Qeyrət, qüdrət selləriyik.
Daşnakları qovan bizik,
Dar gözləri ovan bizik.
Yetər meydan suladılar,
Yurdumuzu taladılar.
Bakımızı əzizləyək.
Əqrəblərdən təmizləyək!
Şölə versin bu ləl, mərcan -
Ermənisiz Azərbaycan!
Son günlərini yaşayan sovet imperiyası ömrünü
uzatmaq üçün 1990-cı ilin yanvarında Azərbaycanın
paytaxtı Bakıda
dinc əhaliyə vəhşicəsinə divan tutdu. Bu qətliam, soyqırım siyasəti Qorbaçovun və
onun əlaltılarının iradəsi
ilə icra edilirdi. Bütün dünyanın
açıq fikirli adamları bu aksiyanı, bəşər
tari-xində misli görünməmiş qətliamı lənətlə
qarşıladılar. Sovet ordusu tərkibində zirehli tanklarla,
hərbi gəmilər və müasir silah növləri ilə yaraqlanıb
xüsusi tapşırıqla Bakını
gülləbaran edənlərin törətdiyi ci-nayətlər Xəlil Rzanı sarsıtmışdı.
O, bütün qüvvəsi ilə gecə-gündüz
dinclik bilmədən, ürəyini məşələ çe-virib
xalqı düşmənlərə qarşı mübarizəyə
səsləyirdi: xarici ölkə jurnalistlərinə verdiyi
müsahibələrdə 20 yanvar hadisələrini,
Qorbaçovun və onım əlaltıla-nnın qanlı əməllərini dünya
ictimaiyyətinə çat-dırmağa çahşırdı.
1990-cı il yanvann 26-da Xəlil
Rza SSRİ Dövlət Təhlükəsizliyi
əməkdaşlan tərəfmdən həbs edilib Moskvaya Lefortovo həbsxanasına göndərilir.
Aram-sız sorğu-sual,
ağır ittiham şairin iradəsini qıra bilmir,
o, zindanda da mübarizəsini davam etdirir. 8 ay 13
gün öz mühitindən təcrid olunmuş şair odlu-alovlu qəlbinin işığında
"Lefortovo gündəliyini, 200-dən çox, şer,
poema və məktubunu qələmə alır. Bu əsərlər mübariz şairin
ictimai-siyasi dünyagörüşünü əks
etdirməklə yanaşı, öz siqləti, bədii dəyəri,
məzmunu cəhətdən milli
poetik fikri zənginləşdirən misilsiz abidədir. "Lefortovo gündəliyi"
şairin qəbul etdiyi Ulutürk təxəllüsünün vəsiqəsidir.
(Xəlil Rza 1990-cı il yanvarın iyirmi altısınadək
- 40 illik ədəbi-bədii yaradıcılığı
dövründə öz əsərlərini "Xəlil
Xəlilov", "Xəlil Xəlilbəyli", "Xəlil
Odsevər", "Xəlil Rza"
təxəllüsləri ilə çap etdirmişdi. "Xəlil
Rza Ulutürk" təxəllüsü ise şairin keçdiyi
mü-barizə yolunun, ədəbi-mənəvi
axtarışlarının məntiqi nəticəsi
idi. Şair ömrünün son illərində, dörd il
beş ay, 22 gün - 1994-cü il iyun ayının iyirmi iki-sinədək, dünyasını dəyişən
günədək yazdığı şerlərdə və
nəşr etdirdiyi kitablarda Xəlil Rza Ulutürk imza-sını
qoymuşdur. Şairin vəfatından sonra, onun ömür-gün
yoldaşı, vəfadan Firəngiz xanım XX əsrin axırlarından bu günədək
Xəlil Rzanın şerlərini, gün-dəliklərini və tərcümələrini
sahmana salıb sanballı kitab halında Xəlil Rza Ulutürk imzası
ilə nəşr etdirməkdədir. O, Xəlil Rzanın
yarımçıq işlərini -"işıq üzü görməyən
küll halında qalmış əsərlərini" nəşr
etdirməklə "onunla nəfəs alır", onu yaşadır,
onu ölməzliyə, əbədiyyətə qovuşdurur).
Lefortovo həbsxanasında
şəkər xəstəliyi olan Xəlil
Rzanın səhhəti pozulmuşdu. 1990-cı il ok-tyabrın
9-da yatab qatarında Moskvadan Bakıya gətirilən Xəlil
Rza, bir ay davam edən məhkəmə prosesindən sonra azadlığa buraxıldı.
Necə deyərlər, bir dəri, bir sümük qalmış,
bənizi saralmış şair fıziki halsızlığına,
xəstəliyinə baxmayaraq, bəraət alıb azadlığa buraxıldığı
ilk günlərdən yenə Azər-baycanın istiqlaliyyəti uğrunda mübarizə meydanına
atılmışdı. Onun
öz sözü ilə desək, düşmən ətini
şişə çəksə
də, fıl qüdrətini sındıra bilməmişdi.
Xəlil Rza Azərbaycan Respublikasının
Ali So-vetinə növbəti seçkilərdə
deputatlığa öz namizəd-liyini irəli sürmüş, seçkilərdə
uğur qazansa da, onun seçilməsinə imkan verilməmişdir. Buna
baxma-yaraq, Xəlil Rza vətəndaş şair
kimi geniş oxucu kütlələri ilə, döyüş
bölgələrində əsgərlərlə görüş-lərində
şerlər oxuyur, alovlu çıxışlar edir, dinlə-yiciləri sərvaxt olmağa, istiqlaliyyət uğrunda
mübarizəyə səsləyir, onlarda
birlik və döyüşkənlik ruhu aşılayırdı.
1991-ci il mayın 6-da Xəlil Rza "Türk milləti mükafatı
laureatı" fəxri adına layiq görülür. Bir
ildən sonra, 1992-ci ildə ona Azərbaycan Respublikasının
Xalq şairi fəxri adı verilir. Süleyman Dəmirəlin
tapşınğı ilə cərrah Paşa adına Şəfa
evində onun şəkərini və gözlərini müalicə
edirlər. May ayının 19-da Həsaki Qəlb xəstəxanasında
Xəlil Rzanın ürəyində cərrahiyyə əməliyyatı
aparılır. 1993-cü il fevral ayının 11-də Bakıya
qayıdan Xəlil Rza ayağından çıxarılan şırımın
yeri bitişmədiyindən müalicə komissiyasmda həkimlərin
nəzarəti altında saxlanıhr. Lakin çox çəkmir
ki, həkimlərin məslə-hətinə görə, şairi
Almaniyaya göndərirlər. 1993-cü il avqust ayının
23-də Xəlil Rza Firəngiz xanımla Bakı-İstanbul-Köln
təyyarə marşurutu ilə Alma-niyaya gedir, Zolenger şəhər
klinikasında müa-licəsini davam etdirir. Bakıya qayıdan
Xəlil Rzanın bir müddətdən sonra yenə vəziyyəti
ağırlaşır, onu Kardiologiya İnstitutunda müalicə
edirlər.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin
Fransaya rəsmi səfəri zamanı Xəlil Rza və Firəngiz xanım da nümayəndə heyətinin
tərkibinə daxil edilmişdi. Bu tarixi səfər Xəlil
Rzanın son səfəri
oldu. Fransa səfərindən sonra tez-tez ön cəbhə
bölgələrində, məktəb və mədəniyyət
ocaqlarında, görüşlərdə çıxışlar
edib şerlər oxuması, narahat həyat tərzi, yaradıcılıqla
ciddi məşğııl olması onu haldan salıb vəziyyətini ağırlaşdırdı.
Sonrakı müalicə nəticə vermədi. 1994-cü il iyunun
22-də bədii yaradıcılığının
barlı-bəhərli çağında şairin vətən
eşqi, xalq məhəbbəti ilə çırpınan
ürəyi döyünmək-dən qaldı.
Xəlil Rza Ulutürk Fəxri
Xiyabanda dəfn olundu, onun məzan üstündə şairin
əzəmətli heykəli yük» səldildi.
Azərbaycan xalqının milli mübarizəsində xüsusi
xidmətlərinə görə xalq
şairi Xəlil Rza Ulutürk (ölü-mündən sonra) "Istiqlal" ordeni ilə təltif edildi.
Onun adı əbədiləşdirildi.
Zaman keçsə də, Xəlil
Rza Ulutürk yaddaşlardan heç vaxt silinməyəcək.
Poeziya pərəstişkarları onun həmişəyaşıl
ağacların qoynuna sığınmış məzarı
üstündə ucaldılan, təzətər gül-çiçəyə
qərq olmuş möhtəşəm "canlı" heykəlini
həmişə ziyarət edəcək, xatirəsini əziz
tutacaqlar.